SON XƏBƏRLƏR

Tehran rejimi sevliənlərdən sayılmır

2021.10.20, 07:36
Tehran rejimi sevliənlərdən sayılmır

Gunaz.tv

GünAz TV: Bir neçə gündür yaxınları və beynəlxalq ictimaiyyət 2009-cu ilin prezident seçksindən sonrakı müxalifətin liderləri keçmiş baş nazir Mirhüseyn Musəvi və parlamentin sabiq sədri Mehdi Kərrubinin saxlanıldığı yeri bilməyə cəhd göstərir.

İki gün öncə İranın informasiya vasitələri onların ev dustağlığından azad edilərək, həbsxanaya aparıldıqları haqda xəbər yaydı.

Həmin məlumatlara əsasən, onlar Tehranın Heşmətiyyə zindanında saxlanılır.

Xatırlaqa ki, iki  həftədən çox ev dustaqlığında saxlanan Musəvi və xanımı Zəhra Rəhnəvərd, eləcə də Kərrubi və xanımı Fatimə Kərrubinin gizli zindanlardan birinə köçürüldüyü barədə məlumatlar fevralın 28-də bildirilmişdi.

Mirhüseyn Musəviyə yaxın “Kalameh” saytı Musəvi və Kərrubi, eləcə də xanımlarının Tehranın Heşmətiyyə zindanında kəskin təzyiq altında saxlandığını və dindirildiyi haqda xəbər  yayıb. Həmin məlumatda  vurğulanıb ki, Musəvi, Kərrubi və  xanımlarının həbsə salınması İranın ali rəhbəri ayətullah Xamneyinin birbaşa göstərişi ilə həyata keçirilib.

Heşmətiyyə zindanı İran ordusunun nəzdində fəaliyyət göstərsə də, hazırda ona tam şəkildə ETTELAAT  (Iran Kəşfiyyat Nazirliyi) əməkdaşları nəzarət edir.

«euronews»-un xəbərinə görə, keçmiş baş nazir və parlamentin keçmiş sədrinin tərəfdarlarını hakimiyyət  hədələyərək, etiraz aksiyası keçirəcəkləri halda «qanunun tələblərinə əsasən sərt şəkildə cəzalndıralacaq»ını söyləyib.

İran Xarici İŞlər Nazirliyinin sözcüçüsü Ramin Mehmanpərəstin bəhs etdiyimiz müxalif liderlərinin həbsi ilə bağlı xarici təzyiq cəhdlərinin təsiri olmaycağını bildirib: «Bu istisna olaraq, daxili işimizdir. Daxili işimiz heç bir dövlətin qarşımaq haqqı yoxdur. Bu adamların məsələsinə gəldikdə isə onlarla qanun çərçivəsində davranılacaq».

İranın xarici işlər naziri Əliəkbər Salehi M.Musəvi və M.Kərrubi «həbs edilməyib və onlar yaxınları ilə birlikdə öz  evlərindədir»-deyərək, olayı təkzib edib . Jurnalistlərin həsblə bağlı sualının cavablandıran iranlı diplomat deyib : «Xeyir, biz müxalifətin liderlərini həbs etmək fikrimiz olmayıb. Bu iki cənab hazırda evlərindədir və adi həyatlarını sürdürürlər».

«Fran press»in məlumatında isə bildirilirdi ki, ötən gün Ağ Evin mətbuat katibi Cey Karni Musəvi və Kərrubinin həbsi ilə bağlı bunları söyləyib : «ABŞ (Amerika Birləşmiş Şatatları) hesab edir ki, islahatçı liderlərin tutulması yolverilməzdir və İran hakimiyyətindən Mirhüseyn Musəvi və Mehdi Kərrubinin sərbəst buraxılmasını istəyir».

Bu fərqli bəyanat və xəbərlər Tehran hakimiyyətində bu iki şəxsin timsalında müxalifətə münasibətin fərqli oluduğunu da ehtimalını etməyə də əsas verir. Əgər doğurdan da onlar öz evlərində ailələri ilə birlikdədirsə, onları çağdaş informasiya texnologyası vasitəsi göstərib,bu məsələ ilə bağlı basqıları aradan qaldırmaq elə çətin də deyil. Fikrimizcə, tehran hakimiyyəti bununla həm də ABŞ-ın dövlət katibi Hillari Klintonun «Misir və Tunis müxalifətini müdafiə edib, öz müxalif vətəndaşlarını əzən bir hakimiyyət ikiüzlüdür»-deyiminin «doğru» olmadığını da sübuta yetirə bilər. Ancaq bu sayaq rejimlərdə bir neçə gün «ev dustağı» adı ilə saxlanılanların işgəncəyə məruz qaldıqları təcrübəsi də var. Odur ki, müxalifət liderləri və onların xanımlarının bu müddət ərzində işgəncəyə məruz qaldıqları və fiziki təzyiqlər zamanı əmələ gələn zədələrin yerinin hələ sağalmadığı da ehtimallardandır.

R.Mehmanpərəstin «daxili işlərmizə qarışa bilməzlər» düşüncəsinə gəldikdə isə Afrikanın Şimalında baş verənlər bir daha sübut etdi ki, yalnız aparıcı dövlətlər deyil, dünya ictimaiyyəti demokratik olmayan reijmləri sevmir. Bu baxımdan İrandakı reijmdə sevilənlərdən sayılmır. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar