SON XƏBƏRLƏR

Ermənistanda izdihamlı yürüş keçirilib

2021.10.20, 07:36
Ermənistanda izdihamlı yürüş keçirilib

Gunaz.tv

GünAz TV: Dünən Yerevanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin kütləvi etiraz askiyası keçirilib.

Ter-Petrosyan mitinqdə çıxışında deyib ki, üç il əvvəl martın 1-də baş vermiş hadisələrdən sonra rejim prezident və parlament hakimiyyətini “cinayətkar yollarla” mənimsəyib. Son üç ildə ölkə diktatura şəraitində idarə olunub, söz azadlığı, əsas insan haqları məhdudlaşdırılıb.

Ter-Petrosyan Avropa Şurası həmməruzəçilərinin martın 15-də Ermənistana səfəri ərəfəsində bütün siyasi məhbusları azad etməyə çağırıb. O, həmçinin 2008-ci il martın 1-də baş vermiş hadisələrin araşdırılması üçün beynəlxalq müstəqil komissiyanın yaradılmasını, ya da beynəlxalq ekspertlərin də iştirakı ilə faktaraşdırıcı qrupun fəaliyyətinin bərpa olunmasını tələb edib.

Keçmiş prezident bundan başqa, 1 mart hadisələri zamanı həlak olanların ailələrinə 1 milyon, yaralılara isə 100 min dollar kompensasiya (cobrane xəsarət) verilməsini tələb edib.

Ter-Petrosyan deyib ki, son illər aparılan siyasət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini faktiki olaraq mümkünsüz edib və vəziyyət yeni münaqişə həddinə gəlib. O, hakimiyyəti həm də Ermənistanda anarxiya, qanunsuzluq, monopoliyalarla (inhisarçılıqlarla) əhalini var-yoxdan çıxarmaqda, ölkədə kasıblığın sürətlə genişlənməsində ittiham edib.

Etiraz aksiyası 2008-ci ilin mart toqquşmalarının ildönümü günü keçirilir. Həmin il fevralın 19-da keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyən Ter-Petrosyan tərəfdarlarının mitinqi martın 1-dən 2-ə keçən gecə dağıdılmışdı. Toqquşmalarda 10 nəfər, o cümlədən də iki əsgər öldürlümüşdü. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar