SON XƏBƏRLƏR

Urmuda 9 nəfər asılıb

2021.10.20, 07:36
Urmuda 9 nəfər asılıb

Gunaz.tv

GünAz TV: Edam olunanların 2-si azərbaycanlı, 7-si kürddür. Dar ağacından asılanların 2-si qadındır.

 

GünAz TV: Dünən Fevralın 28-də İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri olan Urmiyanın zindanında narkotik (Məvadde moxədder) maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilmiş 9 nəfər dar ağacından asılıb.

 

Edam olunanların 2-si azərbaycanlı, 7-si kürddür. Dar ağacından asılanların 2-si qadındır.

 

Edam olunan məhkumların adları açıqlanmır.

 

Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 12 nəfərin hökmün icrasını gözlədiyi vurğulanır. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar