SON XƏBƏRLƏR

Sumqayit hadisələri barədə məlumat verən “sumqait.com” saytı açılıb

2021.10.20, 07:36
Sumqayit hadisələri barədə məlumat verən “sumqait.com” saytı açılıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Baş Prokurorluğu (dadestane koll) Sumqayıt hadisələri ilə bağlı başlanan cinayət işinin istintaqını təzələyib, istintaq-əməliyyat qrupu yaradılıb.GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  bunu Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası (Cümhuriyyəti) Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “sumqait.com” saytının təqdimat mərasimindəki çıxışında bildirib. F. Ələsgərov deyib ki, qrup tərəfindən hadisə şahidlərinin ifadələri alınıb: “Hadisələrdə erməni millətçi dairələrinin rolunun olduğu bir daha sübuta yetirilib. Dövlət başçısı bu işləri daim nəzarətdə saxlayır. Cinayət işinin təzələnməsi də məhz ölkə prezidentinin təşəbbüsü ilə olub”.Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, yeni istintaq-əməliyyat tədbirləri zamanı Sumqayıt hadisələrində əvvəlki istintaqlarda adları keçməyən Sarkisyan və Osipyan soyadlı Dövlət Təhlükəsizlik Komitəsi (DTK) əməkdaşlarının iştirakı, həmçinin cinayətin təşkilatçılarından olan Eduard Qriqoryanın iki qardaşı - Dağlıq Qarabağdan gələn emissarlar (sirri məmurlar) da müəyyənləşdirilib.Aparılmış istintaq tədbirləri zamanı hadisələrin əsas sifarişçisi və təhrikçilərinin Mixail Qorbaçov, SSRİ (Şurəvi) rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni separatçı (bölücü) və milliyyətçi qüvvələri və DTK olduğu müəyyən edilib. F. Ələsgərov onu da deyib ki, Sarkisyan və Osipyan sonradan Özbəkistan və Qırğızıstanda baş verən təxribatlarda da iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar