SON XƏBƏRLƏR

Klinton İranı kəskin tənqid edib

2021.10.20, 07:36
Klinton İranı kəskin tənqid edib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillari Klinton İran hökumətini opponentlərin (rəqiblərinin) susdurulmasına görə kəskin tənqid edib.

 

Cenevrədə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan hüquqlarına dair iclasında danışan Klinton insan haqlarının pozulması halları ilə bağlı İranı şəffaflıq nümayiş etdirməyə çağırıb. 

 

ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi bu açıqlamaları aparıcı iki müxalifət liderinin hökumətin nəzarəti altında olduğu zaman verib.  İranın baş prokuroru (dadestane koll) Qulam Hüseyn Möhseni Ejeyi ilk dəfə olaraq hökumətin Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və onların hər ikisinin həyat yoldaşına qarşı məhdudiyyətlərin tətbiq edildiyini etiraf edib. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar