SON XƏBƏRLƏR

3 ayətullah Musəvi və Kərrubini dəstəkləyiblər

2021.10.20, 07:36
3 ayətullah Musəvi və Kərrubini dəstəkləyiblər

Gunaz.tv

GünAz TV: İranın nüfuzlu müxalif ruhaniləri, ayətullahlar Yusif Saneyi, Əsədullah Bayat Zəncani və Seyid Əliməhəmməd Dəstqeyb ayrı-ayrılıqda bəyanatlar yayaraq müxalifət liderləri Mirhüseyn Musavi və Mehdi Kərrubiyə təzyiqlərə etiraz bildiriblər.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Yusif Saneyinin bəyanatında bildirilir ki, ev dustaqlığında saxlanan müxalifət liderləri və onların xanımları hüquqlarından məhrum edilib: “Bu şəxslərlə belə rəftar olunması onların həbsinə göstəriş verənlərin siyasi zəifliyini və çıxılmaz vəziyyətdə qaldıqlarını göstərir”.

Əsədullah Bayat Zəncaninin bəyanatında deyilir ki, Musəvi və Kərrubi inqilab və ayətullah Xomeyninin yaxın silahdaşlarından olublar: “Ölkənin indiki durumuna etiraz bildirdikləri üçün onlarla bu cür davranmaq yolverilməzdir. Təəssüflər olsun ki, vaxtilə şah rejiminin zülmünə qarşı mübarizədə ön sıralarda hərəkət edən bu şəxslərlə indi ən pis və çirkin şəkildə rəftar olunur, onlar hörmətsizliyə məruz qalırlar”.

Seyid Əliməhəmməd Dəstqeybin bəyanatında isə deyilir: “2009-cu ildə İranda keçirilmiş prezident seçkisində namizədliyini irəli sürmüş Musəvi və Kərrubi cənablarının etiraz səsləri eşidilməli, ölkədəki vəziyyətlə bağlı iddiaları tərəfsiz bir heyətdə araşdırılmalı və onlara qoyulan bütün qadağalar dərhal ləğv edilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar