SON XƏBƏRLƏR

Nəcməddin Ərbakan vəfat edib

2021.10.20, 07:36
Nəcməddin Ərbakan vəfat edib

Gunaz.tv

GünAz TV: Türkiyənin keçmiş baş nazirlərindən biri, Səadət Partiyasının başqanı Nəcməddin Ərbakan dünyasını dəyişib.

 

O, bir müddətdir ki, müalicə aldığı Güven Xəstəxanasında dünən günorta saatlarında ölüb. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

 

Ərbakan 29 oktyabr 1926-cı ildə Sinopda doğulub. 1970-ci ildə Milli Görüşün ilk partiyası olan Milli Nizam Partiyasını qurub. 1972-ci ildə isə o, Milli Nizam Partiyasının qapadılmasından sonra Milli Səlamət Partiyasını qurub. 1980-1987-ci illər arasında siyasətdən uzaqlaşdırılıb. 1987-ci ildə Rifah Partiyasının başqanı seçilib. 1991-ci ildə bu partiyadan millət vəkili seçilib. 1995-ci ildə Türkiyənin baş naziri olub. 1998-ci ildə yenə də 5 illik siyasətdən uzaqlaşdırılıb. 2003-cü ildə Səadət Partiyasının başqanı seçilib. Evlidir, 3 övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar