SON XƏBƏRLƏR

İstanbulda Azərbaycanlı tələbələr Xocalı faciəsini səssiz yerdə yatmaqla anıblar

2021.10.20, 07:36
İstanbulda Azərbaycanlı tələbələr Xocalı faciəsini səssiz yerdə yatmaqla anıblar

Gunaz.tv

GünAz TV: Xocalı faciəsi İstanbulda orjinal bir aksiya ilə anılıb. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr İstanbulun Taksim meydanında toplaşıblar.

Onlar üzlərinə Xocalıda ermənilərin qətlə yetirdiyi körpənin şəklinin çəkildiyi maskaları taxaraq, günorta azanı başlayan kimi meydanın ortasında səssiz uzanıblar.

Azan bitəndən sonra isə onlar ayağa qalxıblar.

Tələbələrin adından Azərbaycan Birlik Təşkilatı başqanı Nurlan Kərimov Xocalı faciəsi barədə danışıb. O bildirib ki, bu aksiyanı keçirməkdə məqsəd dünyanın diqqətini Xocalı faciəsinə cəlb etməkdir: “ 87 il öncənin hadisələri ilə məşğul olmaq cəsarəti göstərənlər ermənilərin çox yaxın keçmişimizdə Qarabağda törətdikləri vəhşilikləri niyə görmürlər?”

Qeyd edək ki, fevralın 26-da (isfəndin 7-i) Ankarada da Xocalı abidəsi qarşısında anım mərasimi keçiriblib.

Nyu Yorkda isə Ermənistanın ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) səfliyi qarşısında Gənc Türklər Dərnəyi ilə Nyu York Azərbaycan Dərnəyi tərəfindən etiraz aksiyası keçirilib. Aksiyaçılar əllərində “Terrorçu Ermənistan və "Xocalı üçün Ədalət” şüarı yazılmış plakatlar tutublar.

Nyu Yorkda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) ofisi qarşısında da etiraz aksiyası keçirilib.

Vaşinqtonda isə Azərbaycanın AB-dakı səfirliyi anım tədbiri keçirib.

Xocalı faciəsi Almaniyada da xatırlanıb. Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyi (ADD) və Almanyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən Türk evində anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türkiyənin Berlindəki baş konsulu Mustafa Pulat iştirak ediblər.

Quzey Kıprıs Türk Cümhuriyyətində də Xocalı qətliamı anılıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar