SON XƏBƏRLƏR

“Traxtur” taxımının tərəfdarları: “Yaşasın Azərbaycan – Məhv olsun Ermənistan”, “Ağdan məscidi başqa bir Beytül Müqəddəsdir”

2021.10.20, 07:36
“Traxtur” taxımının tərəfdarları: “Yaşasın Azərbaycan – Məhv olsun Ermənistan”, “Ağdan məscidi başqa bir Beytül Müqəddəsdir”

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur” futbol taxımı (timi) ilə “İstil Azin” arasında müsabiqə gedərkən, tamaşaçılar coşğulu şüarlar səsləndiriblər.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, müsabiqə aşağıdakı məqamlarla yadda qalıb.

 

-         “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək stadyoma daxil olublar.

 

-         Xocalı Soyqırımının 19-cü ildönümü ərəfəsinə təsadüf edən  müsabiqə zamanı tamaşaçılar “Qarabağ bizimdir – bizim qalacaq”, “Yaşasın Azərbaycan – Məhv olsun Ermənistan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və ... kimi şüarlar səsləndiriblər.

 

-         Şüar səsləndirilən zaman ETTELAAT (İran Kəşfiyyat Naziriliyi) əlaltıları partlama (tərəqqə) atıb və şüarların eşidilməsini əngəlləmək istəyiblər. Ancaq buna baxmayaraq nəzərdə tutulan şüarlar uğurla səsləndirilib.

 

 

-         “Azərbaycanın qanı qaynar – bu töhmətin qabağında”, “Nəyim varsa sənindir – "Traxtur" Türklərindir” və ... kimi şüarlarla yazılmış traktlar yayılıb.

 

-         Üzərinə “Ağdan məscidi başqa bir Beytül Müqəddəsdir”, “1992-si – Xocalı faciəsi” və ... kimi şüarlar yazılmış parçalar nümayiş etdirilib.

 

 

-         Azərbaycan bayrağının rənglərində (Göy, qırmızı və yaşıl) olan münəvvərlər nümayiş etdirilib və alqışlayıb.

 

-         Stadyomda (stadion) təxminən 60000 tamaşaçı olub.

 

-         Və ...

 

 

Xatırladaq ki, “Traxtur-İstil Aziz” müsabiqəsi (3 – 0) hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar