SON XƏBƏRLƏR

Liviya paytaxtında güllələr «yağış kimi yağır»

2021.10.20, 07:36
Liviya paytaxtında güllələr «yağış kimi yağır»

Gunaz.tv

GünAz TV: Tripoli (Trablos) uğrunda döyüşlər başlanıb, paytaxt aeroportu (Hava Limanı) əcnəbilərlə doludur.

Liviya (Libi) tarixinin ən dəhşətli dönəmlərindən birini yaşayır. Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir sıra şəhərləri ələ keçirmiş nümayişçilər paytaxt Tripoli uğrunda döyüşə başlayıb. Kütlə silahla dolu anbarı ələ keçirib. Nəticədə silahlanmış nümayişçilər ordu ilə əsl müharibəyə başlayıb. Hazırda paytaxtda güllələr «yağış kimi yağır». Prezident Müəmmar Qəzzafini müdafiə edən qüvvələr nümayişçiləri güllələyir. Hələlik ölənlər və yaralanlar haqda məlumat verilmir.

Tripoli aeroportu əcnəbilərlə doludur. Onlar ölkəni tərk etməyə çalışsalar da, hələ ki buna nail ola bilmir.

Bu arada BMT-nin (sazemane meləlin) baş katibi Pan Qi Mun Liviyada bir neçə gündür davam edən toqquşmalarda 1000-dən artıq insanın öldüyünü bəyan edib. O, BMT Təhlükəsizlik Şurasını Liviyadakı böhranla bağlı konkret fəaliyyətə çağırıb.

BMT-nin İnsan haqları şurasının dünən keçirilmiş toplantısında isə Liviya ilə bağlı qətnamə qəbul edilib. Sənədə əsasən, bu ölkədə insan haqlarının kobud surətdə pozulması ilə bağlı araşdırma aparılması üçün müstəqil beynəlxalq komissiya yaradılacaq. Qətnamədə bildirilir ki, mülki şəxslərə qarşı silahdan istifadə bəşəriyyət əleyhinə cinayət kimi xarakterizə oluna bilər və bu işdə günahı olanlar məsuliyyətə cəlb edilməlidir.

Liviyanın BMT üzvlüyünüdən kənarlaşdırılması da gündəmdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar