Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: İran hakimiyyəti istənilən etirazçını xarici dövlətlərə işləməkdə suçlamağı özünə peşə edib.
Ötən həftə Tehranda və ölkənin başqa şəhərlərində keçirilən etiraz aksiyası zamanı saxlanılanların «ABŞ (Amerika Birləşmiş Ştatları) Mərkəzi Kəşfiyyat İdrəsinin (MKİ)İslam Respublikasında (Cümhuriyyəti) tapşırıqılarını yerinə yetirməkdə» suçlayır.
«İTAR-TAAS»-ın məlumatına əsasən, bu haqda İran televiziyasında çıxışı zamanı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) naziri Heydər Müslehi bildirib.
O,saxlanılanların adı açıqlamasa da onları «MKİ-nin dəstəklədiyini» söyləyib. Həmin «casuslar» fevralın 14-də keçirilmiş etiraz aksiyası zamanı tutulub.
Müslehinin sözlərinə görə, həmin gün «yoldan ötənlərə odlu silahdan atəş açan ektremist də saxlanılıb». «Bu şəxs xaricdə yerləşən terrrçu Xalq Mücahidləri Təşkilatının üzvüdür»-deyə, nazir bildirib.
ETTELAAT-ın başçısı əlavə edib :«Terror aksiyasını başa çatdırdıqdan sonra o, İranı tərk etmək istəyərkən xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Dindrimə zamanı o, çox qiymətli məlumat verib».
Xatırladaq ki, nazirin bəhs etdiyi olaydan sonra hakimiyyət «yaşlıllar hərəkatının» üzvlərrinə və liderlərinə təzyiq etmək məqsədi ilə onların yaxınlarını həbs edib.
Təbrizdə «hakimiyyətə qarşı təbliğat» aparmaqda suçlandıralan iki nəfər tutulub. «Kaleme»-nin məlumatına əsasən, bunu həbs olunmuş Musa Sakit və Əta Əlizadənin vəkili deyib. Onun sözlərinə görə, İnqialb Məhkəməsinin Təbrizdəki bir saylı şöbəsi M. Sakiti «hakimiyyət əleyhinə təbliğat»da, “Azadlıq” hərəkatının toplantılarına qatılmaqda, bu hərəkata üzv olmaqda ittiham edərək, barəsində 7 ay müddətinə azadlıqdan məhrumetmə qərarı verib. Ə. Əlizadə də “Mübariz Müsəlman” və “Azadlıq” hərəkatına üzv olmaqda təqsirli bilinərək, 91 gün müddətinə azadlıqdan məhrum edilib.
Məhəmməd Xatəminin prezidentliyi dövründə ETTELAAT naziri işləmiş Əli Yunisinin oğlu Həsən Yunisinin fevralın 20-si Tehranda keçirilən aksiyada tutulduğu məlum olub.
Xəbərlərə görə, ETTELAAT-ın mülki geyimli əməkdaşları Həsən Yunisini aksiyalara qatıldığına görə tutublar.
İran müxalifətinin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə fevralın 14-də Tehranda keçirdiyi yürüşdə keçmiş prezident Məhəmməd Xatəminin hökumətində daxili işlər naziri işləmiş Əbdülvahid Musəvi - Larinin oğlu Mürtəza Musəvi - Lari də həbs olunub.
İranın bəzi hökumət saytları aksiyada tutulanlar arasında ölkənin bir sıra keçmiş və hazırkı rəsmilərinin övladlarının olduğu barədə məlumat yayıb. Ancaq söhbətin konkret kimlərdən getdiyi bilinmir.
Möcud hakimiyyətti tənqid edən ayətullah Əsədullah Bayat- Zəncaninin ayətullah Bayat Zəncaninin oğlu Məhəmməd Mustafa və qızı Süsəni Tehranın «Sadiqiyyə» meydanındakı metro stansiyasından çıxıb aksiyaya qatıldıqdan sonra tutub aparıblar.
Aytullah Xamneyinin tutduğu vəzifəni seçən qurumun, Dini Ekspertlər (karşünas) Şurasının (Məclisi Xübreqanın) sədri Əliəkbər Haşimi- Rəfsəncanini İran prezidenti Mahmud Əhmədinejada yaxın dairələr və şəxslər 2009-cu ilin prezident seçkisindən sonra yaranmış müxalif düşərgənin rəhbərləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin fəaliyyətini məhkum etməməkdə, İrandakı “yaşıl hərəkat” və onun liderləri haqda «açıq-aşkar mövqe bildirməməkdə» günahlandıraraq, ona və ailəsinə qarşı geniş əks-təbliğata başlayıblar.
Həftnin əvvəlində İranın Rey şəhərində Həzrət Əbdüləzimin hərəmini ziyarət edən Rəfsəncani ailəsinin bir neçə üzvü, o sıradan da iki övladı hakimiyyət tərəfdarı olan mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Hücumçular Rəfsəncaninin qızlarından birini və ailənin digər üzvünü elektrik şoku yaradan dəyənəklərlə döyüblər. Onlar “Haşimiyə ölüm!” şüarı veriblər.
Hakimiyyət tərəfdarı olan 30-a yaxın adamyola saldığımız həftənin sonunda,gecə Mehdi Kərrubinin evi qarşısında toplaşaraq, onun əleyhinə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər. Kərrubinin mənzili gecə-gündüz ETTELAAT-ın mülki geyimli əməkdaşlarının nəzarətində saxlansa da, hücum edənlər sərbəst şəkildə şüşələri qırıb, sonra da evə bir neçə səsli bomba atıblar.
Mehdi Kərrubinin hazırda xaricdə yaşayan sözçüsü Müctəba Vahidi internetdə yerləşdirdiyi xəbərdə bildirib ki, Kərrubinin evinə basqın zamanı hücumçular onu və xanımını təhqir ediblər, onları ayrı-ayrı otaqlarda dustaq etdikdən sonra evdə axtarış aparıblar.
Hücum edənlər daha sonra Kərrubiyə məxsus kitabları, əlyazmaları və sənədləri götürərək, Kərrubinin oğlu Əli Kərrubini, Əlinin xanımı Nəfisə Pənahini tutub aparıblar.
Fevralın 14-də müxalifətin Tehranda Tunis və Misir xalqlarının inqilabına dəstək yürüşü qanlı qarşıdurma ilə nəticələnmişdi. Hökumət qüvvələrinin odlu silahdan açdığı atəş zamanı 2 aksiyaçı – Tehran İncəsənət universitetinin tələbəsi Sane Jale və 22 yaşlı gənc məhəmməd muxtar həlak olub. 1500 nəfərə yaxın aksiya iştiakçısının isə tutulduğu barədə xəbərlər yayılıb.
32 ildir Tehran hakimiyyəti ölkəni elan olunmamış fövqəladə vəziyyət rejimi ilə idarə edir. Başqa sözlə İran əhalisi 32 ildir fövqəladə vəziyyət rejimndən yaşayır. Son günlər bu rejim bir qədər də gücləndirilib.
Paytaxtın əsas küçə və meydanları ölkənin İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”), əsas kadr bazası “bəsic”lərin və ETTELAAT əməkdaşlarının birgə nəzarətinə götürülüb.
«Mignews»un məlumatına əsasən, müxalifətin aksiya keçirmək üçün çağırış etmədiyi, dövlət qurumları barədə açıqlama yaymadığı bir vaxtda qəfilətən Tehranın nəzarətə götürülməsi, vətəndaşların şəhərdə şübhəli kimi saxlanaraq, tutulması ictimaiyyəti rahatsızlığına səbəb olub.
Silahlı qüvvələrin təmsilçilərinin ən çox toplaşdığı yerlər «Vəliəsr dördyolu», «Vəliəsr» küçəsi, «İnqilab» meydanı, «Parkvey» məntəqəsi, Abbasabad küçəsi, «Həfte Tir» meydanı və «Sadiqiyyə» meydanıdır.
Ötən gün silahlıların toplaşdığı yerlərdə mağaza sahiblərinə dükanlarını vaxtından əvvəl bağlayıb, evlərinə getməyə məcbur ediblər.
Mirhüseyn Musəvinin qızları “Kalameh” saytında yerləşdirdikləri yazıda iki həftədir ev dustaqlığında saxlılan valideynlərinin durumundan, onların sağ olub-olmamasından xəbər tuta bilmədiklərini bildiriblər.
Onların yazdığına görə, bir neçə dəfə öz evlərinə getmək cəhdləri boşa çıxıb, qapıda keşik çəkən maskalı və silahlılar onları təhdid edərək, geri qaytarıblar: “Hökumət qüvvələri evimizə gedən döngədə köşk qoyub, gəlib-gedənləri yoxlayır. Biz axırıncı dəfə valideynlərimizlə fevralın 14-də telefonla danışmışıq. O gündən onlardan xəbərimiz yoxdur.
Atamızın şəxsi cangüdənlərini də qovublar. İndi ata-anamıza yalnız hakimiyyətin təhlükəsizlik qüvvələri nəzarət edir. Onların hətta yeməyini də bu qüvvələrin əməkdaşları aparıb, verir. Biz valideynlərimizin taleyindən, onların səhhətindən, onlara verilən yeməyin tərkibindən ciddi narahatlıq keçiririk.
Neçə dəfə dözməyib axşam saatlarında, bir-iki dəfə də gecəyarısı onlardan xəbər tutmaq üçün evimizə getmişik. Amma darvazanın ağzında keşik çəkən maskalılar bizi təhqir və təhdid edərək geri qaytarıblar. Evimizin gecələr qaranlıqda qalması, evdə işığın yanmaması da bizi ciddi narahat edir. Beynimizə min bir fikir gəlir. Valideynlərimizi nəzarətdə saxlayan məmurlar bizimlə kobud davranıb söyüş söyüblər. Onlar bizə deyiblər ki, bir də bura gəlsəniz, zəng edərik, sizi də tutub apararlar. Hər dəfə məyus-məyus geri qayıdanda ardımıza düşüb, bizi təqib edirlər”.
Hakimiyyətə bir vaxtlar canı-dillə qulluq etmişlərlə bağlı bu sayaq olayların siyahısını uzatmaq da olar. Müslehi və onun təmsil etdiyi hakimiyyətin məntiqindən belə çıxır ki, əvvəllər rejimə qulluq etmiş, onun yolunda öz vətəndaşlarına başçılıq etdiyi güc sturkturlarında (sazimanlarında) olmazın işgəncələr vermiş nazirlərin övladları və özləri ABŞ MKİ-sinin «tapşırıqlarını yerinə yetirir».
Liviya lideri Müəmmar Qəddafinin timsalında bir daha bəlli oldu ki, diktatura rejimlərinə başçılıq edənlər psixoloji cəhətdən normal olmurlar. Elə tarixdən də buna dair çox saylı faktlar var. Bu baxımdan öz vətəndaşlarına zülmlər etmiş bir rejimin başçıları onların hakimiyyətinə qarşı çıxanları «casus» adlandırmaqdan başqa bir çarə tapa bilmirlər. Bəs, onda «casus» olmayan kimdir? Bax, əslində onları axtarmaq lazımdır. Çünki hakimiyyətin məntiqi ilə ölkədə öz milli, insani təbii və qanuni haqqını tələb edən hər kəs xarici dövlətə «işləyir». Belələri isə az deyil.
Hakimiyyətdəki müslehilər hələ də başa düşmək istəmir ki, 1979-u il inqilabından sonra doğulanlar artıq bu rejimin çürük və iddialı siyasətini bəyənmir. Onlar dünyaya sərbəst şəkildə qaynayıb-qarışmaq isətyir, bununla yanaşı gənclik geyiminə, yeməyinə, ailə məsələsinə müdaxiləni qəbul etmir. O, dövlətin sərvətinindən haqqını istəyir.
Bu günlərdə İslam Respublikası (Cümhuriyyəti) silahlı qüvvələri baş qərargahının rəisi, diviziya generalı Seyid Həsən Firuzabadi islam dövlətlərinin ordu generalları və komandanlarına «Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra onun generallarının başına açılandan ibrət götürməyi» məsləhət görüb.
O, müsəlman ölkələrinin ordu hissələri başçılarına müraciət edərək deyib : «Şübhə yoxdur ki, heç bir ordu, sionist rejim istisna olmaqla öz xalqı ilə mübarizə aparmaz. Hazırda müsəlman xalqları azadlıq, müstəqillik və İslam hakimiyyəti tələb edir. Müsəlman orduları öz vətəndaşlarının tələblərini dinləməlidir».
Tehran hakimiyyəti etiraz aksiyaçılarını «İsrail və ABŞ-ın casusu» adlandırır. Onda belə çıxır ki, istnilən etirazçıya Firuzabadinin qənaətinə əsasən, «odru atəş aça bilər».
Bu baxımdan İran generalının məsləhəti hansı vətəndaşlara şamil edilir - İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası (kadr bazası= payqah), dinc eirazçılara divan tutulmasında istifadə olunan və dünya ictimaiyyətinə mövcud hakimiyyətin tərəfdarı kimi sırınan bəsiclərə, yoxsa milli haqlarının təmin olunmasını, demokratik dəyərlərin İranda da bərqərar olmasını istəyən vətəndaşlara? Yaxud Misirdəki etiraz aksiyalarındakı kimi İranda da ordu 1979-cu il inqilabında xalqın tərəfinə keçdi. Yoxsa, general etirazçılara «qvardiya xalqın tələblərini müdafiə edəcək» deyə, etirazçılara ismarıc göndərir? Hər halda İran İslam Respublikası rəhbərlərinin çıxışları hələ ki bunu sübut etməyib.
Ancaq belə ehtimal da etmək olar- Tehran hakimiyyəti bütövlükdə Qərbə işləyir. Çünki ölkəni bu vəziyyət salmaq və insanlara zülm etməklə İranın və bölgənin daxili işlərinə Qərbin müdaxiləsi üçün mövcud İslam Respublikasının başçıları qəsddən şərait yaradır. Elə Tehran hakimiyyətinin yürütdüyü siyasət ucbatından Əfqanıstana və İraqa müttəfiq qoşunları daxil oldu. Fələstin məsələsinin həllinə müdxaliəsinə görə, Qərb körfəzdə güclənir. Tehran hakimiyyətinin nüvə proqramı ucbatından ölkə əhalisi zülm çəkir və s. Odur ki, insanları küçə və meydanlara çıxaran, onların yabanı dövlətlərə mühacirət etməsinin baisi İran İslam Respublikası hakimiyyətidir. Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib