SON XƏBƏRLƏR

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: Amerikada yaşayan azərbaycanlılar fevralın 25-də, Xocalı qətliyamının 19-cu ildönümü ərəfəsində Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

 

GünAz TV mətbuat mərkəzinin APA-nın Vaşinqton müxbirinə istinadən yaydığı məlumata görə, diaspora üzvləri erməniləri kütləvi qırğın törətməkdə və amansızlıqda ittiham edən şüarlar səsləndiriblər. Aksiya çox uğurlu olub.

 

Vaşinqtondakı erməni diasporası da Sumqayıt hadisələrinə görə aksiya keçirməyə cəhd göstərib, amma tədbir baş tutmayıb. Azərbaycan diasporası ABŞ (Amerika Birləşmiş Ştatları) mediasına və rəsmilərinə kitablar və məktub göndərərək onları Sumqayıt hadisələri barədə ətraflı məlumatlandırıb.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar