SON XƏBƏRLƏR

“Traxtur” taxımı “İstil Azin”i məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” taxımı “İstil Azin”i məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” taxımı (timi) ilə “İstil Azin” arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un kəskin üstünlüyü ilə başa çatdı.

 

“Traxtur” oyunçuları, İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 24-cü həftəsində keçirilən müsabiqənin 23-cü dəqiqəsində Mustafa İkrami, 46-cı dəqiqəsində Əli Əlizadə və 56-cı dəqiqəsində Məhəmmədhəsən İbrahimi qarşı taxımın qapısına qol vurmağa müvəffəq oldular.

 

Bununlada “Traxtur-İstil Azin” müsabiqəsi (3 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Təbrizin səhənd stadyomunda (stadion) keçirilən müsabiqədə tamaşaçılar öz milli taxımlarını (Traxturu) coşğu ilə alqışladılar. Müsabiqə boyu 10 minlərlə “Traxtur” tərəfdarı “Yaşasın Azərbaycan”, “Türk Dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və ... kimi şüarlar səsləndirərək stadyomu lərzəyə gətirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar