SON XƏBƏRLƏR

İranın paytaxtı Qəfildən nəzarətə götürülüb

2021.10.20, 07:36
İranın paytaxtı Qəfildən nəzarətə götürülüb

Gunaz.tv

GünAz TV: Qəfildən Tehranın küçə və meydanlarının nəzarətə götürülməsi, bəzi vətəndaşların şəhərdə şübhəli kimi saxlanaraq tutulması ictimaiyyətin təəccübünə səbəb olub.

Fevralın 24-dən (isfəndin 5-dən) İran paytaxtı Tehranın əsas küçə və meydanları ölkənin İnqilab Keşikçiləri Korpusunun (“Sepah”), bu qurumun nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının silahlı üzvlərinin və təhlükəsizlik qüvvələri əməkdaşlarının birgə nəzarətinə götürülüb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, müxalifətin aksiya keçirmək üçün çağırış etmədiyi, dövlət qurumlarının hər hansı təhlükə barədə açıqlama yaymadığı bir vaxtda qəfildən paytaxtın küçə və meydanlarının nəzarətə götürülməsi, bəzi vətəndaşların şəhərdə şübhəli kimi saxlanaraq tutulması ictimaiyyətin təəccübünə səbəb olub.

Silahlı qüvvələrin təmsilçilərinin ən çox toplaşdığı yerlər Vəliəsr dördyolu, Vəliəsr küçəsi, İnqilab meydanı, Parkvey məntəqəsi, Abbasabad küçəsi, Həfte Tir meydanı və Sadiqiyyə meydanıdır.

Fevralın 24-də silahlıların toplaşdığı yerlərdə mağaza sahiblərini mağazalarını vaxtından əvvəl bağlayıb evlərinə getməyə məcbur ediblər.

Tehranda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin davam etdirildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar