SON XƏBƏRLƏR

Urmunun azad universitetində "Dünya Ana Dili Günü" ilə bağlı mərasim keçirilib

2021.10.20, 07:36
Urmunun azad universitetində "Dünya Ana Dili Günü" ilə bağlı mərasim keçirilib

Gunaz.tv

GünAz TV: “21 fevral” (2 isfənd) Dünya Ana Dili Günü Güney Azərbaycanın Urmu şəhərinin azad universitetində ağırlanıb.

 

Azad universitetin türk öyrənciləri “21 fevral” (2 isfənd) günü tətil olduğu üçün mərasimi fevral ayının 23-də (isfəndin 4-ü) həyata keçiriblər.

 

GünAz TV mətbuat mərkəzinin “Günaz port” saytına istinadən yaydığı məlumata görə, mərasimdə şair-yazıçı Bəhram Əsədi kimi qonaqlarda iştirak edib.

 

Mərasimin çıxışçıları Dünya Ana Dili Gününü ağırlayaraq, Ana Dilinin bir millətin mənəvi həyatındakı rolundan danışıb və Ana Dildə təhsilin olmasının vacib olduğunu vurğulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar