SON XƏBƏRLƏR

“gunaz.tv”-nin saytında olan problem çözüldü

2021.10.20, 07:36
“gunaz.tv”-nin saytında olan problem çözüldü

Gunaz.tv

GünAz TV: Yeni şəraitdə sayt oxucuları daha rahat şəkildə TV, video, xəbər, məqalə və ... kimi xidmətlərimizdən istifadə edə biləcəklər.

 

Son aylarda “gunaz.tv” saytına girişdə müəyyən problemlər yaşanırdı. Oxucular saytda istədikləri məlumatla tanış olmaq üçün bir neçə dəfə cəhd edir, hətta bəzən buna nail ola bilmirdilər.

 

Yaşanan problem, sayt oxucularının sayının artması ilə bağlı idi. Artıq dünəndən bəri “günaz.tv” saytı yeni Serverə keçməklə bu problemi aradan qaldırıb.

 

Yeni Serverin üstünlüyü onun sayta daha çox ziyarətçi qəbul etməsinə yardımçı olmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar