SON XƏBƏRLƏR

Böyük Britaniyanın Lordlar Palatasında Xocalı faciəsi ilə bağlı konfrans keçirilib

2021.10.20, 07:36
Böyük Britaniyanın Lordlar Palatasında Xocalı faciəsi ilə bağlı konfrans keçirilib

Gunaz.tv

GünAz TV: “Xocalıya ədalət” kampaniyası çərçivəsində Böyük Britaniya Krallığının Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.

Lordlar Palatasının üzvləri, britaniyalı jurnalistlər və ictimai xadimlərin iştirak etdiyi konfransda kanadalı ekspert, Xocalı faciəsini tədqiq etmiş Skot Teylor və lord Layard əsas məruzəçilər qismində çıxış ediblər. Bu barədə ANS PRESS Azərbaycanın krallıqdakı səfirliyinə istinadən xəbər yayıb.

Məlumatda tədbir təşkilatçılarının “Xocalıya ədalət” kampaniyası və Avropa Azərbaycanlıları Cəmiyyətinin (TEAS) olduğu bildirilir.

Qeyd edək ki, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilib. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar