SON XƏBƏRLƏR

Liviyada ölənlərin sayı 2 minə çatdı , Qəddafinin isə bank hesabları donduruldu

2021.10.20, 07:36
Liviyada ölənlərin sayı 2 minə çatdı , Qəddafinin isə bank hesabları donduruldu

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) prezident Müəmmər Qəddafiyə sadiq hərbi qüvvələrin açdığı atəş nəticəsində qətlə yetirilən aksiya (yürüş) iştirakçılarının cəsədləri təyyarələrə yüklənərək, boş səhralara atılır.

GünAz TV mətbuat mərkəzinin “Lent.az”-a istinadən yaydığı məlumata görə,  bunu BBC-yə açıqlamasında Liviyanın BMT-dəki (Sazemane meləle mottəhed) nümayəndəliyinin rəhbərinin müavini İbrahim Dabbasçi söyləyib.

Şahidlər Müəmmər Qəddafinin muzdlu əsgərlərinin aksiyaçıların başından və sinəsindən nişan aldıqlarını və yalnız öldürmək məqsədilə atəş açdıqlarını söyləyirlər. Fransanın insan hüquqları üzrə səfiri Fransua Zimer isə bildirib ki, Müəmmər Qəddafi insanlıq əleyhinə cinayətə yol verir və fevralın 15-dən indiyə qədər öldürülənlərin sayı 2 min nəfərə çatıb.

Bu arada İsveçrə Müəmmər Qəddafinin bütün bank hesablarını dondurub. Bu addımın Müəmmər Qəddafi rejiminin ölkədə aksiyaçılara qarşı qəddarlıq nümayiş etdirilməsinə cavab olaraq atıldığı bəyan edilib. Konkret (açıq, dəqiq) hansı aktivlərin dondurulduğu isə açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar