SON XƏBƏRLƏR

Moskva Tehrana silah satışlarını istisna etmir

2021.10.20, 07:36
Moskva Tehrana silah satışlarını istisna etmir

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Rusiya İrana silah və digər hərbi ləvazimatın göndərilməsinin mümkünlüyünü nəzərdən keçirir.

 

Rusiyanın Müdafiə Nazirliyinin rəsmiləri “Kommersant” qəzetinə bildiriblər ki, BMT-nin (Sazemane meləle mottəhed) Tehrana bir sıra silah növlərinin satışına dair qadağasına baxmayaraq, İrana silah satışları mümkün ola bilər.

 

Federal Hərbi-Texniki Əməkdaşlıq Şurasının direktoru Mixail Dmitriyev deyib ki, BMT-nin qadağasının geniş sahəni əhatə etməsinə baxmayaraq, bri sıra başqa imkanlar var. Onun sözlərinə görə, məsələ iki ölkə arasında müzakirə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar