SON XƏBƏRLƏR

Liviyadan ziddəyətli xəbərlər gəlir

2021.10.20, 07:36
Liviyadan ziddəyətli xəbərlər gəlir

Gunaz.tv

GünAz TV: Günlərdir hökumət əleyhinə nümayişlərin davam etdiyi Liviyadan (Libidən) ziddiyyətli xəbərlər gəlməkdədir.

gecə saatlarında prezident Müəmmar Qəzzafinin güllələndiyi haqda informasiya yayılıb. Bundan bir qədər sonra ABŞ (Amerika Birləşmiş Ştatları) hökumətindəki mənbə onlarda belə məlumatın olmadığını, Qəzzafinin öldüyünə dair heç bir sübut əldə etmədiklərini söyləyib. Bu barədə Milli.Az xəbər portalı «İTAR-TASS»a istinadən məlumat yayıb.

Qeyd edək ki, Liviyanın bir hissəsi hələ də müxalifətin nəzarətindədir. Tərəflər arasında qanlı döyüşlər bir-birini əvəzləyir.

Bu arada Liviya prezidentinin kiçik oğlu Saif əl-Ərəbin nümayişçilərin tərəfinə keçdiyinə dair xəbərlər yayılıb. Bu haqda məlumatı İranda fəaliyyət göstərən PressTV yayıb. Kiçik Qəzzafinin müxalifətin nəzarətinə keçmiş Benqazi şəhərində olduğu və nümayişlərə dəstək verdiyi bildirilir.

Bəzi mənbələrin iddiasına görə, oğul Qəzzafi hakimiyyətin devrilməsi təhlükəsinin reallaşacağı təqdirdə, atasının ya intihar edəcəyini, ya da Cənubi Amerika ölkələrindən birinə qaçacağını bildirib.

Hələlik bu məlumatlar rəsmi təsdiqini tapmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar