SON XƏBƏRLƏR

Obama Liviyadakı vəziyyətlə bağlı sükutu pozdu

2021.10.20, 07:36
Obama Liviyadakı vəziyyətlə bağlı sükutu pozdu

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştataları) prezidenti Barak Obama Liviyadakı (Libidəki) vəziyyətlə bağlı xüsusi bəyanatla çıxış edib.

Birləşmiş Ştatlar prezidentinin bəyanatı dünya telekanalları tərəfindən canlı yayımlanıb.

“ABŞ Liviyadakı vəziyyətdən sadəcə narahat deyil… Biz yaxın vaxtlarda müttəfiqlərimizlə bu ölkədəki vəziyyətlə bağlı məsləhətləşmələr keçirmək niyyətindəyik”, - deyə Barak Obama bildirib. O, bəyan öz administrasiyasına (nəhade riyasəte cümhuri) bəyan edib ki, Liviya hakimiyyətinə qarşı bütün mümkün tədbirləri nəzərdən keçirsin. “Misir və Tunisdə olduğu kimi demokratiyaya dinc keçid reallaşdırılmalıdır”, - Barak Obama əlavə edib.

“Söhbət insan hüquqlarından gedir. Burada müzakirə olunası heç nə yoxdur. Dünya ictimaiyyətinin bir səslə baş verənlərə cavab verməsi vacibdir”, - deyə Birləşmiş Ştatlar prezidenti bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti çıxışı boyunca Liviya prezidenti Müəmmar Kaddafinin adını çəkməyib.Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar