SON XƏBƏRLƏR

Avropa ölkələrində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcək

2021.10.20, 07:36
Avropa ölkələrində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcək

Gunaz.tv

GünAz TV: Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) Avropa ölkələrində bir sıra tədbirlər keçirəcək.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Beynəlxalq Diaspor Mərkəzi Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birgə fevralın 24-də Çexiya Respublikasının (Cümhuriyyətinin) Massarik Universitetində, fevralın 28-də isə Çexiyanın Brno şəhərindəki Texnologiya Universitetində konfranslar təşkil ediləcək.

Tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti, Çexiya və Azərbaycan diaspor nümayəndələri iştirak edəcəklər. Xocalı soyqırımına həsr olunmuş çex və ingilis dillərində film nümayiş olunacaq. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş Xocalı soyqırımı haqqında materiallar konfrans iştirakçılarına paylanacaq.

“Xocalıya ədalət” kompaniyası çərçivəsində BDM-in nümayəndə heyəti fevralın 25-də Azər-Çex cəmiyyəti və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqa şəhərində keçiriləcək anım tədbirlərinə, həmçinin fevralın 26-da Vyana şəhərində Azərbaycan səfirliyi və Avstriyada təhsil alan azərbaycanlı tələbələrin birgə təşkil etdiyi “Xocalıya ədalət” yürüşünə qatılacaqlar.

24-28 fevral tarixlərdə Çexiya Respublikasının Massarik və Texnologiya universitetlərində BDM və Milli QHT Forumunun birgə təşkil etdiyi konfranslar, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək. SİA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar