SON XƏBƏRLƏR

Qəddafinin daha təhlükəli planları ola bilər

2021.10.20, 07:36
Qəddafinin daha təhlükəli planları ola bilər

Gunaz.tv

GünAz TV: Keçmiş liviyalı (Libili) diplomatlar Qəddafinin xalqa qarşı kimyəvi silahdan istifadə edə biləcəyini bildiriblər.

Bu haqda narahatlığı ilk dilə gətirən vəzifəsindən istefa verən İhap Əl Mismari adlı diplomat olub.

Mismari Kanada mətbuatına verdiyi açıqlamada Qəddafinin sarin qazı və bu kimi kimyəvi silahlardan istifadə edə biləcəyini deyib. (www.trtazerbaycan.com)

Liviya prezidenti Müəmar Qəddafi hakimiyyətini saxlamaq üçün başqa bir planada əl ata bilər. Bu barədə “Time” jurnalı xəbər verir.

Jurnal yazır ki, Qəddafi  neft obyektlərinin (təsisatlarının) bombalanması barədə göstəriş verə bilər. Xəbərə görə, ilk növbədə Aralıq dənizinə çıxışı olan neft kəmərlərinin partladılması nəzərdə tutulur. Bununla yanaşı ölkədə xaos yaratmaq üçün prezident həbsxanalardan yüzlərlə məhbusu azadlığa da buraxa bilər. Jurnal yazır ki, həmin məhbuslara əcnəbilərə (xaricilərə) hücum etmək tapşırığı veriləcək.

Xatırladaq ki, müxalifət prezident Müəmar Qəddafinin istefası tələbi ilə mitinqlər (yürüşlər) keçirir. Bəzi ordu birləşmələri artıq müxalifətin tərəfinə keçib.

Müxalifətin aksiyasının (yürüşlər) dağıdılması zamanı həlak olanların sayı 1000-ə çatıb. Bu barədə İtaliyanın Xarici İşlər naziri Franko Frattini məlumat verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar