SON XƏBƏRLƏR

Rəfsəncaninin ailə üzvlərinə hücum olub

2021.10.20, 07:36
Rəfsəncaninin ailə üzvlərinə hücum olub

Gunaz.tv

GünAz TV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin ailəsinə hücum edilib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, hadisə fevralın 22-də İranın Rey şəhərində baş verib.

 

Həzrət Əbdüləzimin hərəmini ziyarət edən Rəfsəncani ailəsinin bir neçə üzvü, o sıradan da iki övladı hakimiyyət tərəfdarı olan mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Hücumçular Rəfsəncaninin qızlarından birini və ailənin digər üzvünü elektrik şoku yaradan dəyənəklərlə döyüblər. Onlar “Haşimiyə ölüm” şüarları səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar