SON XƏBƏRLƏR

Amerikadan İran rəsmilərinə qarşı növbəti sanksiya

2021.10.20, 07:36
Amerikadan İran rəsmilərinə qarşı növbəti sanksiya

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) insan hüquqlarını ciddi şəkildə pozduğuna görə iki İran rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatlar İranın iki rəsmisinə qarşı 2009-cu ildə prezident seçkilərindən sonra insan hüquqlarının ciddi pozulması ilə əlaqədar sanksiyalar tətbiq edib.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, ABŞ Maliyyə nazirliyi və Dövlət Departamenti baş prokuror Dadestane koll) general Abbas Cəfəri Dolətabadi və İranın inqilab mühafizəçiləri korpusunun (bəsic təşkilatı) komandiri Məhəmməd Rza Nəqdinin adlarını qeyd edib.

Sanksiyalar ABŞ vətəndaşlarına bu şəxslərlə biznes əlaqələr yaratmasının qarşısını almağı nəzərdə tutur. Bu şəxslərin ABŞ ərazisində daşınmaz əmlak və hesab açması qadağan edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar