SON XƏBƏRLƏR

Bu gün Azərbaycan taxımları öz rəqibləri ilə qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün Azərbaycan taxımları öz rəqibləri ilə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Sabah (fevralın 25-i , isfəndin 6-ı) Güney Azərbaycanı Superliqa rəqabətlərində təmsil edən Təbrizin hər iki futbol taxımları (timləri) öz rəqibləri ilə qarşılaşacaqlar.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 24-cü həftəsində keçirilən müsabiqədə “Traxtur”, “İstil Azin” taxımı ilə qarşılaşacaq. Müsabiqə Təbrizin səhənd stadyomunda (stadion) yerli vaxtla saat 16:15-də başlayacaq.

 

“Şəhrdari” isə Qəzvin taxımı “Peykan”la qarşılaşacaq. İki taxım arasında keçiriləcək yarış Qəzvinin təxti stadyomunda (stadion) yerli vaxtla saat 16:15-də baş tutacaq.

 

"Traxtur" müsabiqəsini canlı olaraq GünAz TV ekranından izləyə bilərsiniz.

 

Xatırladaq ki, "Traxtur-İstil Azin" yarışı Dünya Ana Dili Günü (21 fevral , 2 isfənd) və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı Soyqırımı (26 fevral , 7 isfənd) günlərinə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

 

Bu barədə bir qrup Təbrizli Milli Hərəkat fəalı bəyanat yayaraq bütün “Traxtur” tərəfdarları və soydaşlarımızdan istəyiblər ki, qeyd etdiyimiz tarixdə “Türk dilində mədrəsə , Olmalıdır hər kəsə” və “Qarabağ bizimdir, bizim qalacaq” şüarını səsləndirərək, Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinə çatdıraq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar