SON XƏBƏRLƏR

Urmuda Azərbaycan kimliyinə qarşı yeni cəhd...

2021.10.20, 07:36
Urmuda Azərbaycan kimliyinə qarşı yeni cəhd...

Gunaz.tv

GünAz TV: İran rejimi Güney Azərbaycanın ikinci böyük şəhəri, türk dünyasının ən qədim şəhərlərindən olan Urmuda, türk kimliyini silməkdə qərarlıdır.

 

Xalqımız insan, iş yerləri və şirkət adlarını, həmçinin afişalar (pusterlər) və reklamları türk dilində seçdiyi bir halda, rejim var gücü ilə bu prosesin qabağını almağa çalışır.

 

Növbəti dəfə Qərbi Azərbaycanın mədəniyyət və islami irşad idarəsinin Şəhid Ğərbaldust Zalında (salonunda) ictimai və mədəni işlər üzrə qrupun iclasında, Höcətülislam vəlmüslimin Məhəmmədbaqir Kərimi bu məsələyə toxunub.

 

Höcətülislam vəlmüslimin Məhəmmədbaqir Kərimi bəyan edib ki, bir sıra əsnaf və iş adamları qərb mədəniyyətindən ilham alaraq, iş yerlərinin adını biganə adlardan (məqsəd Türk adıdır) seçməklə kifayətlənməyib, hətta öz iş yerlərində biganələrə aid görüntülər də nümayiş etdirirlər. Bununlada toplumda xoşagəlməz psixoloji atmosfer yaradırlar.

 

Onun sözlərinə görə, bu kimi fəaliyyətdə bulunan iş adamlarına xəbərdarlıq veriləcək, onlar əməllərini təkrar edəcəkləri təqdirdə onlara sərt qarşılıq veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar