SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əlirza Əbdi həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əlirza Əbdi həbs olunub

Gunaz.tv

GünAz TV: Təbrizli milli-mədəni fəal cənab Əlirza Əbdi 3 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına müraciət edib.

Fevral ayının 22-də (isfəndin 3-ü) həbs olunan azərbaycanlı fəal,  cənab Əlirza Hüseynzadə ilə birlikdə Urmu Gölünün quruması ilə bağlı amator-sənədli film çəkib və onu Aral gölü ilə müqayisə ediblər.

 

Film yaradıcıları qeyd etdiyimiz filimə görə, millətçilik və sistemin əleyhinə təbliğdə suçlanıblar.

 

Əbdi və Hüseynmzadə cənabları məhkəmə tərəfindən 6 ay həbs cəzasına məhkum ediliblər, ancaq Hüseynzadənin 4 ay və Əbdinin isə 3 ay həbs cəzası 2 il müddətində başqa bir suç işləməmək şərti ilə asılı (təliqi) saxlanılıb.

 

http://www.4shared.com/video/vHBQOfMt/UrmuGoluQuruyur_Belgesel.html

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar