SON XƏBƏRLƏR

Dünya Liviyadakı zorakılıqları qınayır

2021.10.20, 07:36
Dünya Liviyadakı zorakılıqları qınayır

Gunaz.tv

GünAz TV: Dünya ölkələrinin liderləri Liviyada (Libidə)  iğtişaşlara dinc yolla son qoymağa çağırır.

Ərəb Liqasının katibi Amr Musa Liviyada zorakılıqlara son qoymağa çağıraraq deyib ki, etirazçıların tələbləri legitimdir  (qanunidir).

 

Avropa İttifaqının rəsmiləri Liviyanı demokratiya yolunu tutmağa çağırıb. İttifaq rəsmiləri Liviyada Avropa vətəndaşlarının təhlükəsizliyindən narahatdır.

 

Britaniyanın Baş naziri Deyvid Kamerun Liviyanın mərkəzi hökumətinin etirazçılara qarşı repressiyalarını (sərkubunu) qəbuledilməz adlandırıb.

 

ABŞ (Amerika Birləşmiş Ştatları) nümayişçilərə qarşı ifrat güc tətbiq ediməsinə etirazını Liviyanın xarici işlər naziri Musa Kusaya çatdırıb.

 

BMT (Sazemane meləle mottəhed) Təhlükəsizlik Şurasının fövqəladə yığıncağına toplaşmış beynəlxalq diplomatlar isə  Liviya lideri Müəmmər Qəzzafi rejimini ölkəboyu hökumət əleyhinə keçirilən aksiyalara (yürüşlərə) qarşı zorakılığa dərhal son qoymağa çağırıblar.

Şura yaydığı mətbuat bəyanatında Liviyadakı vəziyyətdən dərin narahatlığını izhar edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar