SON XƏBƏRLƏR

İngiltərdə İran səfirliyi qarşısında Etiraz Aksiyası keçirilib

2021.10.20, 07:36
İngiltərdə İran səfirliyi qarşısında Etiraz Aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin Londondakı səfirliyi qarşısında möhtəşəm Etiraz Aksiyası keçirilib.

İranın Azərbaycan Cümhuriyyətinə  müdaxiləsi və  Dünya Ana Dili Günü münasibəti ilə keçirilən etiraz aksiyası Güney Azərbaycan İstiqlal Partiyası (GAIP) tərəfindən  düzənlənib.

 

Aksiya  fevral ayının 20-də (isfəndin 1-də)  baş tutub və yerli vaxtla saat 14:00-dən 16:00-ya  qədər davam edib.

 

GünAz TV mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, Aksiyada İran rejiminin şovinizm mahiyyətini açıqlayan plakatlar tutulub və şüarlar səsləndirilib.

 

Son olaraq  GAİP tərəfindən ingilis və türk dillərində hazırlanan qətnamə oxunub və aksiya bununlada sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar