SON XƏBƏRLƏR

Mərakeşdə keçirilən mitinqdə 5 nəfər ölüb, 128 nəfər yaralanıb

2021.10.20, 07:36
Mərakeşdə keçirilən mitinqdə 5 nəfər ölüb, 128 nəfər yaralanıb

Gunaz.tv

GünAz TV: Mərakeşdə də qan töküldü. Müxalifətin mitinqinə (yürüşünə) müdaxilə nəticəsində 5 nəfər ölüb, 128 nəfər yaralanıb.

 

Tanca, Naraş, Mərakeş, Kasablanka və Tetuan kimi böyük şəhərlərdə toplanan müxalifətçilər Kral Məhəmmədin səlahiyyətlərinin bəzilərini təhvil verməsini, korrupsiya (fəsade mali) ilə mübarzə aparılmasını, hökumətin buraxılmasını və demokratik islahatların keçirilməsini tələb ediblər. Bu barədə Milli.Az xəbər portalı TRT-yə istinadən xəbər yayıb.

 

Ölkənin şimalındakı liman qəsəbəsi Laraşda mağazalar, bank şöbələri və dövlət qurumlarının binaları talan edilib.

 

Ölkənin daxili işlər naziri Taib Şerkavuy nümayişlər zamanı 6 şəhərdə 120 nəfərin həbs edildiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar