SON XƏBƏRLƏR

Mehdi Kərrubi və onun ailəsinə qarşı kobud təzyiqlər davam edir

2021.10.20, 07:36
Mehdi Kərrubi və onun ailəsinə qarşı kobud təzyiqlər davam edir

Gunaz.tv

GünAz TV: İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubi və ailəsi hücuma məruz qalıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, hakimiyyət tərəfdarı olan 30-a yaxın adam fevralın 20-dən 21-nə keçən gecə Mehdi Kərrubinin evi qarşısında toplaşaraq onun əleyhinə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər. Kərrubinin mənzili gecə-gündüz ETTELAAT-ın mülki geyimli əməkdaşlarının nəzarətində saxlansa da, hücum edənlər sərbəst şəkildə şüşələri qırıb, sonra da evə bir neçə səsli bomba atıblar.

Mehdi Kərrubinin hazırda xaricdə yaşayan sözçüsü Müctəba Vahidi internetdə yerləşdirdiyi bir xəbərdə bildirib ki, Kərrubinin evinə basqın zamanı hücumçular onu və xanımını təhqir ediblər, onları ayrı-ayrı otaqlarda dustaq etdikdən sonra evdə axtarış aparıblar.

Hücum edənlər daha sonra Kərrubiyə məxsus kitabları, əlyazmaları və sənədləri götürərək Kərrubinin oğlu Əli Kərrubini, Əlinin xanımı Nəfisə Pənahini tutub aparıblar. Nəfisə Pənahi gecə yarısında azadlığa buraxılsa da, Əli Kərrubi hələ həbsdə saxlanır.

Zorakılığa məruz qalan Mehdi Kərrubinin və xanımının hazırda vəziyyətinin necə olduğu barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar