SON XƏBƏRLƏR

Seneqal İranla diplomatik əlaqələri kəsib

2021.10.20, 07:36
Seneqal İranla diplomatik əlaqələri kəsib

Gunaz.tv

GünAz TV:  Seneqal hökuməti İranla diplomatik əlaqələri kəsilməsinə dair qərar verib. Seneqal bunu İranın Seneqal üsyançılarını silahla təchiz etməsi ilə izah edib.

Seneqal XİN-nin (Xarici işlər nazirliyinin)  yaydığı bəyanatda deyilir ki, İran silahı ilə silahlanmış qiyamçılarla döyüşdə çoxlu sayda Seneqal hərbiçiləri həlak olub. Bu barədə APA vz.ru saytına istinadən xəbər yayıb.

Seneqal hərbiçiləri ilə üsyançılar arasında toqquşma keçən bazar günü ölkənin cənubunda Kasamans regionunda baş vermişdi.

2010-ci ilin dekabr ayında Nigeriyanın Laqos limanında bir gəmidə İrana məxsus tikinti materialları (məsalehe saxtimani) adı altında silah sursat olan yük aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, silah qeyri qanuni yolla Qambiyaya qaxıl olmaqla bir necə Afrika ölkəsinə çatmalı idi. Bu hadisədən sonda Qambiya İran ilə bütün əlaqələri kəsmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar