SON XƏBƏRLƏR

İranın hərbi gəmiləri Süveyş kanalına daxil olub

2021.10.20, 07:36
İranın hərbi gəmiləri Süveyş kanalına daxil olub

Gunaz.tv

GünAz TV: İranın 2 hərbi gəmisi Misirin nəzarətində olan Süveyş (Suez kanalı) kanalına daxil olub. Gəmilərin Süveyş kanalından Aralıq dənizə keçəcəyi gözlənilir.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İran rəsmilərinə görə gəmilər təlim üçün Suriyaya yollanır. Bu missiyanı İsrail "təxribat" kimi səciyyələndirib.

Süveyş kanalı rəsmilərinə görə, gəmilər kanala yerli vaxtla saat 05.45-də daxil olub.

Deyildiyinə görə, 1979 -cu il İran İslam İnqlabından sonra ilk dəfədir ki, İrana məxsus gəmilər Süveyş kanalından keçir.

Misirin Müdafiə Nazirliyi bildirib ki, İran gəmilərində hərbi avadanlığın, nüvə, yaxud kimyəvi materialların (şimiyayi maddələrin) olmadığını bəyan edib.

İranın yarı rəsmi sayılan Fars informasiya agentliyi Yanvar ayında xəbər vermişdi ki, İran hərbi dənizçiləri təlim məşq keçmək məqsədiylə 1 il müddətinə nəzərdə tutulmuş səfərə çıxırlar. Həmin səfərin marşrutu (cəhəti) Süveyş kanalından Aralıq dəniz üzərindən keçir.

Süveyş kanalı rəsmilərinə görə, Misir strateji dəniz dəhlizindən keçidi yalnız müharibə zamanı yasaqlaya bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar