SON XƏBƏRLƏR

Növbəti şüari: “Türk dilində mədrəsə , Olmalıdır hər kəsə” və “Qarabağ bizimdir, bizim qalacaq”

2021.10.20, 07:36
Növbəti şüari: “Türk dilində mədrəsə , Olmalıdır hər kəsə” və “Qarabağ bizimdir, bizim qalacaq”

Gunaz.tv

GünAz TV: Bir qrup Təbrizli Milli Hərəkət fəalları “Traxtur” futbol taxımının (timinin) növbəti yarışı zamanı növbəti şüarla çıxış edəcəklərini bildiriblər.

 

2011-ci il fevral ayının 25-də (isfəndin 6-i) keçiriləcək müsabiqədə 21 fevral (2 isfənd) Dünya Ana Dili Günü və 26 fevral (7 isfənd) ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı Soyqırımı günü ilə bağlı şüarlar səsləndiriləcək.

 

Milli fəallar bütün “Traxtur” taxımı tərəfdarları və soydaşlarımızdan istəyiblər ki, qeyd etdiyimiz tarixdə “Türk dilində mədrəsə , Olmalıdır hər kəsə” və “Qarabağ bizimdir, bizim qalacaq” şüarını səsləndirərək, Azərbaycanın haqq səsini bir daha dünya ictimaiyyətinə çatdıraq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar