SON XƏBƏRLƏR

Məhkəmə azərbaycanlı zabitin ittihamlarına baxıb

2021.10.20, 07:36
Məhkəmə azərbaycanlı zabitin ittihamlarına baxıb

Gunaz.tv

GünAz TV: Tehranda Azərbaycanlı fəal, ordu zabiti (dərəcədar) cənab Firuz Yusifinin ittihamlarına baxan məhkəmə iclası keçirilib.

 

Vəliəsr məhkəməsi iclasında cənab yusifinin barəsində irəli sürülən ittihamalara  baxılıb. Onun ittihamı ordudan çıxarılma dosyasına qanunsuz olaraq əltapmaqdan ibarət olub.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, Cənab Yusifi xarici mətbuata müsahibə verdikdən sonra qeyd etdiyimiz ittihamla suçlanıb.

 

Ordu üzvlərinin ittihamlarına nəzarət edən Komisiyon (komissiya) 2010-cu il mart ayının 20-də (1388-ci il isfənd ayının 29-u) adını çəkdiyimiz azərbaycanlı zabiti millətçilik, bölücü qruplaarla əlaqədə olmaq və milli təhlükəsizliyin əleyhinə fəaliyyətdə günahlandırıb.

 

Xatırladaq ki, Ordunun Təhlükəsizlik məmurları 2010-cu il iyun ayının 21-də (1389-cu il xordad ayının 31-i) Yusifi ilə müsahibədən sonra onu Tehranda həbs edib və 24 gün sorğu-sualdan sonra vəsiqə qarşılığında azadlığa buraxıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar