SON XƏBƏRLƏR

İran diplomatı Fransaya sığındı

2021.10.20, 07:36
İran diplomatı Fransaya sığındı

Gunaz.tv

GünAz TV: 2009-cu ilin yayından sonra İranın xaricdə fəaliyyət göstərən diplomatlarının müxtəlif ölkələrdən sığınacaq almaları haqda tez-tez xəbərlər yayılır.

 

Lent.az-ın İranın müxalif informasiya mənbələrinə istinadən məlumatına görə, ölkənin İtaliyanın Milan şəhərindəki konsulluğunun birinci katibi Əhməd Məleki öz vəzifəsini icazəsiz tərk edərək, Fransaya qaçıb və oradan siyasi sığınacaq istəyib.

 

Ə.Maliki seçkidən sonrakı müxalifətin liderlərindən biri, parlamentin keçmiş sədri Mehdi Kərrubinin yaxın qohumudur.

 

Xəbəri rəsmi mənbələr hələ təsdiqləməyib.

 

Xatırladaq ki, keçən ilin əvvəlində İranın Norveçdəki konsulu Məhəmmədrza Heydəri fəaliyyət göstərdiyi ölkədən sığınacaq istəmişdi. 2010-cu ilin sentyabrında iranlı diplomat Hüseyn Əlizadə Finlandiyada hakimiyyətindən uyğun xahişi etmişdi. Elə həmin vaxt İslam Respublikasının (Cümhuriyyətinin) Belçikadakı səfirliyinin əməkdaşı Fərzad Fərxancan da Norveçdən sığınacaq istəmişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar