SON XƏBƏRLƏR

Güney qurumları Dünya Ana Dili Gününə öz münasibətlərini bildiriblər

2021.10.20, 07:36
Güney qurumları Dünya Ana Dili Gününə öz münasibətlərini bildiriblər

Gunaz.tv

GünAz TV: Keçən xəbərlərdə deyildiyi kimi, 21 fevral (2 isfəndə) Dünya Ana Dili Günü münasibəti ilə Güney Azərbaycanın müxtəlif qurumları önəmli bəyanatlar yayıblar.

 

Artıq 21 fevral ərəfəsində bir çox siyasi təşkilat, Kütləvi İnformasiya Vasitəsi, Qeyri Hökumət Təşkilatları, tanınmış ziyalılar, ictimai xadimlər və milli-mədəni fəallar öz münasibətlərini bəyanat vasitəsi ilə çatdırıblar. Bu bəyanatlar keçmiş xəbərlərimizdə təqdim olunub.

 

Hazırda Urmu İşçiləri saytı, Tehran universitetlərinin türk öyrənciləri, Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmalar, Azərbaycan Öyrənci Hərəkatı, Təbrizli Milli Hərəkat Fəalları və ... kimi qurumlar tərəfindən də oxşar bəyanatlar yayılıb.

 

Məlum qurumlar 30 milyondan çox Azərbaycan türklərinin Ana dilində təhsildən məhrum olmasını qəbuledilməz sayıb və türk dilinin rəsmi dil olmasını tələb ediblər.

 

Həmçinin Güney Azərbaycanda Ana Dili ilə bağlı ictimai yerlərdə müxtəlif şüarlar yazılıb və etiketlər yapışdırılıb.

 

Avropa ölkələrində isə İran səfirlikləri qarşısında etiraz aksiyaları olub. Yaxın günlərdə növbəti etirazlarda gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar