SON XƏBƏRLƏR

İranın Hollandiya səfirliyi qarşısında Etiraz Aksiyası keçirilib

2021.10.20, 07:36
İranın Hollandiya səfirliyi qarşısında Etiraz Aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: Dünya ana dili günü ərəfəsində Azərbaycanlılar Hollandiyada yerləşən İran səfirliyi qarşısında, etiraz aksiyası keçiriblər.

 

Aksiya 19 fevralda (bəhmənin 30-u) Mərkəzi Avropa vəxtı ilə saat 14:00-dən sonra təşkilat nümayəndələri və təmsilçilərinin çıxışı ilə başlayıb.

Çıxışlarda  Azərbaycan Cümhuriyyətinə qarşı İranın müdaxilə siyasəti və 35 milyon Güney Azərbaycan türkünün öz ana dilindən məhrum qalması məsələsi xüsusi vurğulanıb.

Ardından  BAK və GAİP təşkilatının İngilis dilində hazırladığı qətnamələr oxunub və həmin qətnamələr İran səfrliyinə verilib.

Etirazçılar çoxlu şüarlar səsləndiriblər:

 

Güney Quzey bir olsun         İran gözün kor olsun

Biz qəhrman türklərik         farslara baş əymərik 

O tay bu tay bir olsun            istəməyən xar olsun

Azərbaycanin dövləti           50 milyonun dövləti

Təbriz, Baki, Ankara           Farslar hara, Biz hara!

Yaşasın Azərbaycan Cümhuriyyəti

 

Məhv olsun iran terrorizmi

 

And ola səttar xana             od salarıq Tehrana

 

Yaşasın Bütöv Azərbaycan

 

İRAN ! Azərbaycandan əl çək

 

VƏ…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar