SON XƏBƏRLƏR

Azərbaycanli fəal Həbib Mehri tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanli fəal Həbib Mehri tutuqlanıb

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Araz news”-a istinadən yaydığı məlumata görə, Azərbaycanlı fəal Həbib Mehri cümə günü tutuqlanıb.

Adını çəkdiyimiz azərbaycanlı fəal fevral ayının 18-i (bəhmənin 29-u) Təbrizin “Şəhrdari” futbol taxımı (timi) ilə Qum şəhərinin “Səba” taxımı arasında müsabiqə keçirilən zaman tutuqlanıb.

 

Məlumata görə, hələlik cənab Mehrinin saxlanıldığı yerdən heç bir xəbər yoxdur.

 

Xatırladaq ki, cənab Mehri 2010-cu il aprel ayının 2-i (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncağı zamanı da tutuqlanıb və zəmanət qarşılığında azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar