Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV mətbuat mərkəzinin növbəti suallarını cavablandıran, İsveçdə fəaliyyət göstərən “Azər” Cəmiyyətinin başqanı Manaf Səbəbidir.
Son günlər İranda siyasi vəziyyət gərginləşib. Siyasi gərginlik və ciddi toqquşmalar müşahidə olunur. Maraqlı olan odur ki, tarixən İranda inqilabı dəyişikliklərdə detenator rolunu oynayan Azərbaycan türkləri, bu dəfə isə bitərəf mövqe nümayiş elətdirirlər. Halbuki 1978-79-ci illərdə İran İslam İnqilabının qələbə qazanmasında Güney Azərbaycan mühüm rol oynayıb. Bu gün nələr baş verir ki, Güney Azərbaycan Milli Hərəkatı proseslərə qoşulmur? Bu haqda GünAz TV mətbuat mərkəzinin suallarını İsveçdə fəaliyyət göstərən “Azər” Cəmiyyətinin başqanı, Malmo Universitetinin doktoru, politoloq Manaf Səbəbi cavablandırıb.
- Manaf bəy, Bu gün İranda Yaşıllar Hərəkatının başında duran əsas siyasətçilər əslən Azərbaycan türkləridir. Onlar Azərbaycan türklərinin hüquqları ilə bağlı heç bir açıqlama vermirlər. Sizcə, bu, İranda fars şovinizmin güclü dayaqlara malik olması ilə bağlı ola bilərmi? Həm də milli hərəkat bitərəf mövqe nümayiş elətdirir. Siz, bunun səbəbini nə də görürsünüz?
- Bunun bir sıra tarixi-siyasi səbəbləri var. Necə ki, qeyd etdiyiniz kimi, Yaşıllar Hərəkatının liderliyində Təbrizli Azərbaycan türkü Mir Hüseyin Musəvi, Mehdi Kərrub ilə birlikdə dursalarda, əslində həmin şəxslər fars şovinizm düşüncəsinin tərkibində siyasi mübarizənin tərəfdarıdırlar. Gedən hadisələr və onlar tərəfindən verilən açıqlamalarda bunu göstərir.
Müxalifətin lideri Mir Hüseyin Musəvinin əsas silahdaşları keçmiş prezidentlər Xatəmi və Rəfsəncanı kimi, şəxslər hakimiyyətdə olan zaman, hətta Müsəvi özü baş nazir vəzifəsində olarkən Azərbaycan türklərinin xeyrinə bir iş görmədilər və onların zamanında azərbaycanlı fəallar həbs və işgəncələrə məruz qaldılar. İndi biz nə üçün onların yenidən siyasi hakimiyyətə gəlməsində aktiv rol oynayaq?! Hətta son prezident seçkiləri ərəfəsində Xatəmi türkləri təhqir edərkən, onun çıxışı telefonlara da ötürülmüşdü. Xatəmi bu çıxışına görə, üzr istəmədi, bu onu göstərir ki, Xatəmi elə də humanist və demokrat deyil. Yaşıllar Hərəkatının ideologiyası, heç də bizim milli ideologiyamızla bir istiqamətdə getmir və ona görə də bizə lazım deyil ki, bu gün Azərbaycanlı fəallar yaşıl hərəkatının simasında işgəncə və ya həbs olunsunlar, sonra da soydaşlarımız statiska (amar) rolunu oynasınlar.
- Ümumilikdə İranda siyasi dəyişiklik Güney Azərbaycana nələr vəd edir?...
- Ümumiyyətlə, İranda siyasi dəyişikliklər mən və mənim kimi, yüzminlərlə azadlıq və ədalət sevən güney azərbaycanlı türkləri tərəfindən müsbət dəyişikliyin olmasını arzulayırıq. Bu mövqeydən məsələyə yanaşsaq Azərbaycanlı olaraq, öz mövqeyimizi və milli istəklərimizi öndə tutaraq, bu hərəkatda öz yerimizi tapmalıyıq, istər bunu onlar qəbul etsinlər, istərsə də etməsinlər. Bu bizim özümüzdən aslıdır. Tarix boyu İranda əsas siyasi dəyişikliklər, Güney Azərbaycandan ilham alaraq nəticə verib və yəqin ki, güney azərbaycanlıların iştirakı olmadan, İranda hər hansısa bir dəyişiklik ola bilməz. Yəni, bu gün açıq şəkildə demək lazımdır ki, İranda siyasi dəyişikliklərin açarı-Güney Azərbaycandadır.
Buna görə, mən şəxsən milli istəklərimizin bərpa olunması üçün digər dəyişiklik istəyən qüvvələrlə birgə və tərəfdaş olub mübarizəyə qatılmağın tərədarıyam. Bu dəfə proseslərə daha ağıllı və məntiqlə yanaşmaq lazımdır.
- Bəs, Güney Azərbaycan Milli Hərəkatı bu gün və ya sabah İranda baş verə biləcək ciddi siyasi proseslərə hazırdırmı?
- İndidən Güney Azərbaycan Milli Hərəkatının siyasi proseslərə hazırlığı ilə bağlı nəsə demək çətindir. Məncə, bununla bağlı ciddi siyasi analizlər olmalıdır. Bunun əsas səbəbi güneyin ağır vəziyyətdə olması ilə bağlıdır. Bu gün güney azərbaycan milli hərəkatının daxilində, özəllik də İranda kifayyət qədər dəyərli və bacarıqlı kadrlar var. Onu da qeyd edim ki, kadrlar olduqca ağır vəziyyətdə yaşayırlar. Bütün bunlara baxmayaraq, Güneydə milli fəallıq güclüdür. Son vaxtlar Təbrizdə keçirilən futbol yarışlarında bunun şahidi oluruq. Yüzminlərlə insan “Azərbaycan”, milli şuarlar səsləndirirlər. Hətta, bu gün əminliklə demək olar ki, Qarabağ bağlı aksiyalara icazə verilsə, on minlərlə insan meydana çıxma ehtimalı böyükdür. Əgər bir az siyasi şərait yaranarsa mən əminəm ki, güney azərbaycan milli fəalları böyük struktura malik olacaqlar və prosesləri ələ alacaqdır.
- Sizcə, İranda hakimiyyət dəyişikliyi, ölkədə yaşanan siyasi gərginlik Ermənistana hər hansı bir formada təsir edəcəkmi?
- Təbii ki İranda hakimiyyət dəyişərsə, Ermənistan ən böyük yardımcısı və ən səmimi, strateji dostunu itirəcək. Ermənistan 20 ildir ki, birbaşa Tehranın siyasi-iqtisadi yardımlarından istifadə edərək, iflic olmuş iqtisadiyyatının bir qismini onun vasitəsilə təmin edir və ayaq üstə durur. İranda vəziyyətin gərginləşməsi Ermənistana təsir edəcək. İranda şovinizm hakimiyyətinin dəyişməsi əminəm ki, işğalçı Ermənistanın siyasətinə əsaslı zərbələr vuracaq. Bu gözləniləndir və İrəvanda bunu görürlər.
Üstəgəl, Ermənistanın ən çox narahatçılığı Güney Azərbaycanda oyanış hərəkatının güclənməsidir. Ermənistan siyasətçiləri Güneyin oyanışından çox narahatdırlar və bölgədə türklərin söz sahibinə çevrilməsi Ermənistanın bir dövlət olaraq, tamamilə oyundan kənar vəziyyətə düşə biləcəyinin fərqindədirlər.
Söhbətləşdi: Elnur Eltürk
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib