SON XƏBƏRLƏR

Kanada da öz vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməklə bağlı xəbərdarlıq etdi

2021.10.20, 07:36
Kanada da öz vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməklə bağlı xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Kanada Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi öz vətəndaşlarına Dağlıq Qarabağa və ətraf rayonlara getməyi məsləhət görmür.

 

AzərTAc xəbər verir ki, bu məlumat nazirliyin rəsmi saytında yerləşdirilib. Məlumatda deyilir ki, Azərbaycanın Ermənistanla sərhədləri Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi üzündən qapalı hərbi zona (məntəqə) olaraq qalmadadır. 1994-cü ildən davam edən atəşkəs rejiminə baxmayaraq, Ermənistanla sərhəddə silahlı toqquşmalar davam edir.

 

Sənəddə o da vurğulanır ki, Kanada separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır. Odur ki, Kanada hökumətinin bu ərazilərə gedən vətəndaşlarına konsul yardımı göstərməsi imkanları son dərəcə məhduddur. Kanada hökuməti vətəndaşlarına xəbərdarlıq edir ki, pasportlarında Dağlıq Qarabağın separatçı hakimiyyət orqanlarının “viza”sı olan kanadalılar Azərbaycana buraxılmayacaq.

 

Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstan XİN-ləri də öz vətəndaşlarına Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə getməyi məsləhət görmür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar