SON XƏBƏRLƏR

Liviyada (libidə) internet kəsildi, 100-dək ölən var

2021.10.20, 07:36
Liviyada (libidə) internet kəsildi, 100-dək ölən var

Gunaz.tv

GünAz TV: Liviyada (libidə) hökumət əleyhinə keçirilən aksiyalar zamanı baş verən toqquşmalarda ölənlərin sayı hər gün artır.

 

Hakimiyyət nümayişlərin qarşısını almaq üçün əlindən gələni edir. «France-Presse» agentliyinin məlumatına görə, bu gündən ölkədə internet kəsilib. Nümayiş təşkilatçılarının fəaliyyətini Facebook, Twitter kimi sosial şəbəkələr vasitəsilə koordinasiya etməsi hökuməti bu yola əl atmaq məcburiyyətində qoyub.

 

Milli.Az xəbər portalının gazeta.ru saytına istinadən verdiyi məlumata görə, nümayişçilərlə hökumət qüvvələri arasında bir neçə gündür davam edən toqquşmalarda ölənlərin sayı 84-ə çatıb. Məlumatı «Human Rights Watch» beynəlxalq hüquq müdafiəsi təşkilatı yayıb. O, Liviya hospitalları və şahidlərlə apardığı telefon intervüləri əsasında bu qənaətə gəlib.

 

Qeyd edək ki, bundan əvvəl «Amnesty International» 46 nəfərin öldüyünü bildirirdi. Benqazi ilə yanaşı, Əl-Beyda, Cabiya, Derna və Əz-Zaviya şəhərlərində də nümayişlər davam edir. Ölkənin şərq hissəsilə müqayisədə paytaxt Tripolidə vəziyyətin bir qədər sabit olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar