SON XƏBƏRLƏR

Bəhreyndə etirazlar davam edir

2021.10.20, 07:36
Bəhreyndə etirazlar davam edir

Gunaz.tv

GünAz TV: Bəhreyndə on minlərlə insan cümə axşamı paytaxt Manamada keçirilən etiraz nümayişində öldürülən üç nəfərin dəfn mərasimində iştirak edib.

 

Dünən Bəhreynin təhlükəsizlik qüvvələri tərəfindən Manamada keçirilən demokratyönlü nümayişin dağıdılması zamanı üz etirazçı qətlə yetirilmişdi.

 

Ordu qüvvələri və polis ötən həftədən bəri başlamış etiraz nümayişlərindən ən böyüyü olan bu nümayişə müdaxilə etməmişlər və ondan kənar durmuşlar.

 

Qətlə yetirilən eitazçılardan birinin dəfnində olan BBC müxbiri xəbər verir ki, Bəhreyndə gərginlik yenə də artmaqdadır.

 

BBC Müxbirinin sözlərinə görə, bu qətllərdən sonra buna qədər konstitusiya (Anayasa) islahatlarına dair olan çağırışlar artıq mahiyyətcə dəyişərək hakim sünni sülaləsinin hakimiyyətdən getməsi tələblərinə çevrilib. Bəhreyn 200 ildən çoxdur ki, indiki sünni sülaləsi tərəfindən idarə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar