SON XƏBƏRLƏR

İran rejimi “Dünya Ana Dili Günü” ərəfəsində yoxlamalara başlayıb

2021.10.20, 07:36
İran rejimi “Dünya Ana Dili Günü” ərəfəsində yoxlamalara başlayıb

Gunaz.tv

GünAz TV: İran rejimi Güney Azərbaycanın müxtəlif şəhərləri xüsusi ilə Təbrizdə geniş yoxlamalara başlayıb.

 

Ortadoğunun (xavərmiyanə) etiraz aksiyaları dalğası, İrandakı 14 fevral (25 bəhmən) aksiyaları və Dünya Anadili günündən vahiməyə düşən rejim, Təbrizin müxtəlif bölgələrində ciddi yoxlamalara başlayıb. Onlar avtomobilləri yoxlayıb və bəzi halda insanlarda bədəni yoxlamalar aparırlar.

 

GünAz Tv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, yoxlama məmurları hətta küçələrə də daxil olurlar.

 

Qeyd edək ki, şərhçilərin fikrincə 21 fevral (2 isfənd) Dünya Ana Dili Günü ərəfəsində keçirilən yoxlama Azərbaycanda gözlənilən etiraz dalğaları və divarlara şüar yazmaqla bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar