SON XƏBƏRLƏR

Hakimiyyət yanlıları Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə edam istədilər

2021.10.20, 07:36
Hakimiyyət yanlıları Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə edam istədilər

Gunaz.tv

GünAz TV: Minlərlə hakimiyyət yanlısı Tehran, Təbriz, Məşhəd və digər şəhərlərdə cümə namazında 14 fevral (25 bəhmən) qarşıdurmalarını yaradan fitnəkarların edam olunmasını tələb ediblər.

 

Hakimiyyət yanlıları müxtəlif dəstələrlə cümə namazı keçirilən məkana tərəf yürüş edərək Mirhüseyn Musəvi və Mehdi Kərrubinin edam edilməsi şüarları səsləndiriblər. Bu barədə APA “İRNA” ya istinadən xəbər yayıb.

 

Cümə namazının imamı Ayətullah Əhməd Cənnəti fitnəkarların ömrünün sona çatdığını bəyan edib: “Onlar bu işləri ilə özlərini rüsvay etdilər. Artıq onlara İran cəmiyyətində yer yoxdur. Məhkəmə qoy onları ev dustağı etsin. Onların bütün əlaqələri məhdudlaşdırılsın, internet və telefonları bağlansın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar