SON XƏBƏRLƏR

Dünya azərbaycanlıları “Xocalı” yürüşlərinə hazırlaşır

2021.10.20, 07:36
Dünya azərbaycanlıları “Xocalı” yürüşlərinə hazırlaşır

Gunaz.tv

GünAz TV: İsveçin Göteborg şəhərində Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçiriləcək. Yürüş-mitinqi İsveçdə fəaliyyət göstərən “Bakı” dərnəyi təşkil edəcək.

GünAz TV mətbuat mərkəzinin “Qafqazinfo”-ya istinadən yaydığı məlumata görə, .Fevralın 26-sı, Xocalı soyqırımı günü keçiriləcək tədbirdə əsas məqsəd Xocalı soyqırmını İsveç ictimaiyyətinə çatdırmaqdır. Saat 13:00- 14:00 radələrində keçirlməsi nəzərdə tutulan yürüş Göteborg şəhəri Göteplatsen meydanında başlayacaq və Brunsparken meydanında qətnamənin oxunması ilə başa çatacaq.

 

Məlumat üçün bildirək ki, “Bakı” dərnəyini İsveçdə yaşayan azərbaycanlılar yardıb. Dərnəyin yaradılmasında məqsəd İsveçdə yaşayan azərbaycanlıları təşkilatlandırmaq və İsveç toplumuna Azərbaycan mədəniyyətini, adət-ənənənələrini tanıtmaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar