SON XƏBƏRLƏR

Küveytdə əmək haqları 100 faiz artırılacaq

2021.10.20, 07:36
Küveytdə əmək haqları 100 faiz artırılacaq

Gunaz.tv

GünAz TV: Küveyt əmirliyində büdcədən maliyyələşdirilən təşkilatlarda çalışanların maaşları  (əmək haqları) 100 faiz artırılacaq. Rəsmi səbəb kimi əsas mal və xidmətlərin bahalaşması göstərilir. 

 

 Eyni zamanda, hərbçilər, polislər və yanğınsöndürənlərin maaşları 70-115 faiz artırılacaq. Bu barədə Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən xəbər yayıb.

 

Dövlət qulluqçularının maaşlarının 100 faiz artırılması dövlət büdcəsinə 1 milyard dinar və ya 3,52 milyard dollara başa gələcək.

Hərbçilər və polislərin maaşlarının artırılması isə 200 milyon dinar xərclənəcək.

 

Qeyd edək ki, şərhçilərin fikrincə Küveyt hakimiyyətinin bu addımı Ərəb Dünyasında başlayan etiraz aksiyaları ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar