SON XƏBƏRLƏR

İran rejimi İnternet istifadəsini məhdudlaşdırıb

2021.10.20, 07:36
İran rejimi İnternet istifadəsini məhdudlaşdırıb

Gunaz.tv

GünAz Tv: İran və xüsusi ilə Güney Azərbaycanda internet xəttlərində ciddi problem var. Bir çox şəhərdə internet xidməti dayandırılıb vəya sürəti kəskin düşüb.

 

Ərəb ölkələrində xalqların üsyanından sonra İran rejimi İnternetə etdiyi müdaxilə ilə birlikdə Güney Azərbaycana məxsus saytlara təzyiqi artırıb. Saytların  istifadəsinə qoyulan qadağa (filtr)  yeni vüsət alıb.

 

Bu barədə Tehranda yaşayan Mehdi Nəimi mətbuata bildirib ki, internetin sürəti adi vaxtlarda da zəif olur. İndiki vaxtda isə internetin qarşısının alınmasına cəhd göstərilib.

 

«GPRS deyilən bir şey var. O, Tehranda kəsilmişdi. İndi də kəsilib. Ancaq internetə bağlanmaq olur. Xəbər yaymaq, bəzi saytlara girmək çətinləşib. Peyk vəsaitləri də burda çətin tutulur».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar