SON XƏBƏRLƏR

Abbas Lisani: Biz demokratik hərəkətlərə mənəvi dəstək verir

2021.10.20, 07:36
Abbas Lisani: Biz demokratik hərəkətlərə mənəvi dəstək verir

Gunaz.tv

GünAz TV: «Biz bütün demokratik hərəkətlərə mənəvi dəstək göstəririk. Ancaq İranda keçirilən mitinqlərdə (yürüşlərdə) fiziki olaraq iştirak etmirik».

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Bunu Ərdəbildə yaşayan azərbaycanlı fəal Abbas Lisani deyir. O bildirir ki, ölkədə baş verənlərə mənəvi dəstək versələr də, İran müxalifətinin mitinqlərində iştirak etməyi lazım bilmirlər.

 

Lisani deyir ki, «Demokratik islahatlar bütün millətlər üçün faydalıdır. Ancaq biz İranda demokratik güc görmürük».

Onun fikrincə, demokratiyanın əsas qayəsi olan millətlərin hüququnun təsbit olunması İrandakı «yaşıl hərəkat»ı təmsil edənlərin çıxışlarında görünmür.

 

Abbas Lisani deyir ki, fevralın 14-də (bəhmənin 25-i) müxalifətin etiraz aksiyaları keçirilən günlərdə Təbrizdə, Ərdəbildə sakitlik olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar